"Qəbələ"nin ilk sınağı uğursuz oldu

"Qəbələ"nin ilk sınağı uğursuz oldu

UEFA Konfrans Liqasına Türkiyənin Bolu şəhərində hazırlaşan “Qəbələ” bu gün yoxlama oyunu keçirib.

Fanat.Az xəbər verir ki, “qırmızı-qaralar” təlim-məşq toplanışı çərçivəsində ilk sınaq matçında “Qaziantep”lə qarşılaşıb.

Görüş Super Liqa klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan təmsilçisindən yeganə qolu 70-ci dəqiqədə Ülvi İsgəndərli vurub. Rəqibdən isə Papi Ciloboci və Aleksandru Maksim fərqləniblər.

Qeyd edək ki, qonşu ölkədə 2 matça çıxacaq “Qəbələ” iyulun 12-də Rumıniyanın “Çiksereda” klubu ilə qarşılaşacaq. Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda "Fehervar"la oyun üçün Macarıstana birbaşa Türkiyədən yollanacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər