“Qəbələ”nin futbolçusunun cəzası qüvvədə saxlanıldı

“Qəbələ”nin futbolçusunun cəzası qüvvədə saxlanıldı

AFFA “Qəbələ”nin futbolçusu Samuel Tettehin cəzasını azaltmayıb.

Fanat.Az milli assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, Apellyasiya Arbitraj Tribunalı qanalı hücumçu ilə bağlı AFFA İntizam Komitəsinin 2-si şərti olmaqla 4 oyunluq diskvalifikasiya qərarını qüvvədə saxlayıb.

Azərbaycan Premyer Liqasının 17-ci turunda “Səbail”lə keçirilən görüşün 36-cı dəqiqəsində rəqibə zərbə endirdiyi üçün qırmızı vərəqə alan 27 yaşlı forvard üçün klubu apellyasiya şikayəti versə də, bu, təmin edilməyib. Həmçinin “Qəbələ” 3000 manat cərimə ödəyəcək.

“Qırmızı-qaralar” Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət vermək hüququna malikdir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər