"Qəbələ"nin futbolçusu əməliyyat olundu - Gələn mövsümün startını buraxacaq

"Qəbələ"nin futbolçusu əməliyyat olundu - Gələn mövsümün startını buraxacaq

“Qəbələ”nin futbolçusu Murad Musayev Türkiyədə əməliyyat olunub. Fanat.Az xəbər verir ki, 30 yaşlı müdafiəçi sol axil vətərinin tam qopması üzündən cərrahi müdaxiləyə məruz qalıb.

"Qəbələ"nin futbolçusu əməliyyat olundu - Gələn mövsümün startını buraxacaq Musayevin Ankarada gerçəkləşən əməliyyatı uğurlu keçib. O, dörd reabilitasiya kursu keçməli olacaq. Musayevin təxminən 5-6 aydan sonra komanda ilə məşqlərə başlayacağı gözlənilir. Qeyd edək ki, Murad Musayev 36-cı turda "Sumqayıt"la matçda xəsarət almışdı. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər