"Qəbələ"nin braziliyalısı üçün əlamətdar oyun

"Qəbələ"nin braziliyalısı üçün əlamətdar oyun

Ruan Renato “Qəbələ”də yubiley oyununu keçirib. 

Fanat.Az bölgə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, braziliyalı müdafiəçi "qırmızı-qaralar"ın heyətində 50-ci matçına çıxıb. Bu, Azərbaycan kubokunun 1/4 final mərhələsinə təsadüf edib. 28 yaşlı cənubi amerikalı “Qarabağ”la səfərdə baş tutan ilk matçda (2:2) meydana çıxıb.

2021-ci ilin yayında transfer olunan Ruan “Qəbələ”də keçirdiyi 50 görüşdə 2 qol vurub. O, Premyer Liqada 41 (2 qol), Azərbaycan kubokunda 7, UEFA Konfrans Liqasında 2 dəfə meydana çıxıb.

Xatırladaq ki, Renato “Qəbələ”də 2021-ci il avqustun 15-də “Neftçi” ilə səfər oyununda debüt edib. Həmin qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər