"Qəbələ"nin Boluda ikinci sınağı

"Qəbələ"nin Boluda ikinci sınağı

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” bu gün Boluda növbəti yoxlama oyununu keçirəcək. 

Fanat.Az xəbər verir ki, bölgə təmsilçisi hazırlıq prosesinin 5-ci günündə Rusiyanın “Orenburq” klubu ilə qarşılaşacaq.

Matç “Fənərbaxça” Sərkan Acar Topuk Yaylası bazasında baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Yoxlama oyunu 15 iyul 17:00. “Qəbələ” - "Orenburq" (Rusiya) Bolu. “Fənərbaxça” Sərkan Acar Topuk Yaylası bazası

Xatırladaq ki, “Qəbələ” Boluda keçirdiyi ilk matçda Moldova təmsilçisi “Sukleya”ya 4:2 hesabı ilə qalib gəlib. "Qırmızı-qaralar" Boluda daha bir yoxlama matçı keçirməyi planlaşdırır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər