"Qəbələ"nin baş məşqçisi "Fənərbağça"nın düşərgəsində

"Qəbələ"nin baş məşqçisi "Fənərbağça"nın düşərgəsində

"Qəbələ"nin baş məşqçisi Türkiyəyə yollanıb.

Bu barədə Fanat.Az-a o, özü açıqlama verib.

42 yaşlı mütəxəssis səfərinin Pro kateqoriyası ilə bağlı olduğunu deyib. 

Baxşıyev bu gün səhər saatlarında qardaş ölkəyə yola düşüb. O, bu gün Super Liqanın III turu çərçivəsində keçiriləcək "İstanbulspor" - "Konyaspor" oyununu canlı izləyəcək. Baxşıyev sabah "Fənərbağça" klubunun Futbol Akademiyasını ziyarət edəcək. Daha sonra Konya şəhərinə yollanacaq çalışdırıcı "Konyaspor"un məşqlərini izləyəcək. 

Elmar Baxşıyev Bakıya avqustun 26-da dönəcək.

Qeyd edək ki, "Qəbələ" ilk üç turdan sonra 9 xalla liderlər mövqeyində qərarlaşıb. "Qırmızı-qaralar" IV turda - ayın 28-də "Sabah"la qarşılaşacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər