“Qəbələ”dən növbəti transfer

“Qəbələ”dən növbəti transfer

“Qəbələ” növbəti transferini gerçəkləşdirib. Apasport.az saytının məlumatına görə, klubun vitse-prezidenti Fariz Nəcəfov maraq dairələrində olan “İnter”in seneqallı yarımmüdafiəçisi İbrahima Niassenin keçidini həll etdiklərini bildirib.

2011-ci ilin yayından ölkəmizdə çıxış edən, hər 2 mövsümündə bürünc medalçı olan 25 yaşlı afrikalı legioner karyerasını əyalət təmsilçisində davam etdirməyə üstünlük verib: “Biz artıq Niasse ilə müqavilə imzalamışıq. İki oyunçunu götürmüşük ki, bunlar azərbaycanlılardır. Göz altımızda daha bir legioner var. Heyətimizin tam komplektləşdirilməyi üçün daha 3-4 futbolçu almalıyıq”. 

Qeyd edək ki, “İnter”dən millimizin üzvləri Vladimir Levinlə Nizami Hacıyevi transfer edən qəbələlilər “Simurq”un polşalı qapıçısı David Pietrzkeiviçlə müqavilə imzalayacaq. 

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər