“Qəbələ”dən Moldova klubu üzərində inamlı qələbə

“Qəbələ”dən Moldova klubu üzərində inamlı qələbə

Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan "Qəbələ" klubu ilk yoxlama oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Elmar Baxşıyevin baş məşqçi olduğu komanda Moldova təmsilçisi “Sukleya” ilə üz-üzə gəlib.

"Termal otel"in məşq bazasında baş tutan qarşılaşma "qırmızı-qaralar"ın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Əyalət təmsilçisinin heyətində İlkin Qırtımov (7), Murad Musayev (17), Omar Hani (39) və Osama Xalayla (46) fərqləniblər.

Xatırladaq ki, "Qəbələ" qonşu ölkədə daha iki yoxlama görüşü keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər