Bu gün Azərbaycan Premyer Liqasında bir aylıq fasilə başa çatdı.
Fanat.Az xəbər verir ki, mövsümün ikinci yarısı Gəncədə start götürdü.
XIX turun açılış oyununda “Kəpəz” öz meydanında “Qəbələ”ni qonaq etdi. Matçın ilk hissəsində "Kəpəz" 2 qol vursa da, ikinci hissədə hüsabı bərabərləşdirən "Qəbələ" səfərdən 1 xalla dönməyə müvəffəq oldu.
Bu nəticədən sonra xallarını 26-ya çatdıran "Qəbələ" 5-ci pillədəki mövqeyini qoruyub. 13 xalı olan "Kəpəz" isə 7-ci sıraya yüksəlib.
Qeyd edək ki, XIX turun "Turan Tovuz" - "Qarabağ", "Zirə" - "Sumqayıt" matçları yanvarın 25-də, "Şamaxı" - "Səbail" və "Sabah" - "Neftçi" görüşləri isə yanvarın 26-da keçiriləcək.
Azərbaycan Premyer Liqası XIX tur 24 yanvar
“Kəpəz” – “Qəbələ” 2:2
Qollar: Ahmed Ayzaya, 18-pen, Martins Junior, 42-pen - Ruan Renato, 63, Ülvi İsgəndərov, 79.
“Kəpəz”: 71. Mario Mustapiç, 40. Ahmed Ayzaya, 21. Martins Junior, 19. Abdullahi Şuaybu, 74. Yusif Nəbiyev (k), 70. Nicat Süleymanov, 77. Fərid Nəbiyev, 2. Zamiq Əliyev, 5. İdris İnqilablı, 3. Abdulla Rzayev, 20. Mahir Həsənov Ehtiyat oyunçular: 68. Orxan Sadıqlı, 10. Salif Sisse, 8. Tural Axundov, 80. Tural Rzayev, 27. Samir Məhərrəmli, 37. Ruslan Süleymanov, 97. Nicat Məmmədov, 44. Nihat Fərəci, 66. Arzu Atakişiyev Baş məşqçi: Tərlan Əhmədov “Qəbələ”: 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 34. Urfan Abbasov (k), 27. Məqsəd İsayev, 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 97. Felipe Santos, 6. Feras Abu Akal, 10. Omar Hani Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 88. Gülağa Əsədov, 18. Mehrac Baxşalı, 16. Nicat Əliyev, 23. Rafael Utziq, 17. Yaovi Akakpo, 8. Andrey Strijak Baş məşqçi: Elmar Baxşıyev
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Şirmamed Mamedov, Rövşən Rəcəbov VAR: Rauf Allahverdiyev AVAR: Elşad Abdullayev Hakim inspektor: Vüsal Əliyev AFFA nümayəndəsi: Emin Cəfərov Gəncə şəhər stadionu.
