Topaz Premyer Liqasının XX turunun mərkəzi oyunu Qəbələ keçiriləcək. Fanat.az xəbər verir ki, yerli “Qəbələ” ilə “Qarabağ”ın mübarizəsi turnir cədvəlində liderin müəyyən olunması baxımından çox əhəmiyyətlidi.
Ötən tur “Qarabağ”ın ev oyununda “Xəzər Lənkəran”a məğlub olaraq xal itirməsindən maksimum faydalanan “Qəbələ” turnir cədvəlinin vahid lideri oldu. XIX turda “Neftçi”nin də qələbə qazanması ilə birdən-birə iki pillə geri düşən ağdamlılar yenidən turnir cədvəlinin lideri olmaq üçün səfər oyununda mütləq qələbə qazanmalı və “Neftçi”nin çətin Lənkəran səfərində xal itirməsini gözləməlidi.
Komandaların qarşıdurmasında “Qarabağ” üstünlüyə malikdi. 10 dəfə rəqibini məğlub edən ağdamlılar, 7 dəfə xalları bərabər bölüb. 5 oyunda isə “Qəbələ” meydanı 3 xalla tərk edib.
“Qəbələ” artıq 5 oyundu ki, “Qarabağ”ı məğlub edə bilmir. Bu oyunlarda cəmi 1 xal toplaya bilən “Qəbələ” buna keçən ilki ev oyununda nail olub. Komandalar arasında bu mövsüm keçirilən hər iki oyunda ağdamlılar sevinib (1:0, 4:3). Hər iki komandanın heyətində cəzalı futbolçunun olmaması məşqçiləri sevindirməyə bilməz. “Qəbələ”nin əsas qol silahı Daniel Subotiç də artıq cəzasını başa vurub və əsas heyətdə yer alacağı gözlənilir.
| 20.08.2006 | Gilan (Qəbələ) - Qarabağ (Ağdam) | 0:2 |
| 22.02.2007 | Qarabağ (Ağdam) - Gilan (Qəbələ) | 3:2 |
| 06.10.2007 | Qəbələ - Qarabağ (Ağdam) | 1:2 |
| 13.04.2008 | Qarabağ (Ağdam) - Qəbələ | 2:1 |
| 20.09.2008 | Qəbələ - Qarabağ (Ağdam) | 1:2 |
| 15.03.2009 | Qarabağ (Ağdam) - Qəbələ | 0:0 |
| 23.09.2009 | Qarabağ (Ağdam) - Qəbələ | 0:0 |
| 06.12.2009 | Qəbələ - Qarabağ (Ağdam) | 1:1 |
| 21.03.2010 | Qəbələ - Qarabağ (Ağdam) | 3:1 |
| 24.04.2010 | Qarabağ (Ağdam) - Qəbələ | 1:1 |
| 25.09.2010 | Qəbələ - Qarabağ (Ağdam) | 2:1 |
| 13.02.2011 | Qarabağ (Ağdam) - Qəbələ | 3:0 |
| 27.08.2011 | Qarabağ (Ağdam) - Qəbələ | 0:1 |
| 21.12.2011 | Qəbələ - Qarabağ (Ağdam) | 0:0 |
| 18.03.2012 | Qarabağ (Ağdam) - Qəbələ | 1:1 |
| 14.04.2012 | Qəbələ - Qarabağ (Ağdam) | 1:0 |
| 31.10.2012 | Qarabağ (Ağdam) - Qəbələ | 1:2 |
| 10.02.2013 | Qəbələ - Qarabağ (Ağdam) | 1:1 |
| 30.03.2013 | Qarabağ (Ağdam) - Qəbələ | 1:0 |
| 28.04.2013 | Qəbələ - Qarabağ (Ağdam) | 0:2 |
| 25.08.2013 | Qəbələ - Qarabağ (Ağdam) | 0:1 |
| 03.11.2013 | Qarabağ (Ağdam) - Qəbələ | 4:3 |
Fanat.az