Qəbələdə son məşq

Qəbələdə son məşq

Topaz Premyer Liqasının XXIII turu çərçivəsində bu gün "Qəbələ” ilə səfərdə qarşılaşacaq "Rəvan” dünən oyunöncəsi son məşqini keçib. Fanat.az xəbər verir ki, Qəbələ şəhər stadionunun təbii örtüklü meydançasında baş tutan hazırlıq saat 16.00-da başlayıb və təxminən 1 saat davam edib.

Baş məşqçi Güvənc Kurtar yetirmələrini çox yükləməyərək onları yüngül təmrinlərlə hazırlaşdırıb. İsinmə hərəkətlərindən sonra topla müxtəlif təmrinlər həyata keçirən futbolçular taktiki-texniki hazırlığın son mərhələsini də geridə qoyub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər