Qəbələdə qazax fit çalacaq

Qəbələdə qazax fit çalacaq

Avroliqanın ilkin təsnifat mərhələsində keçiriləcək “Qəbələ” – “Şiroki Briyeq” oyununun hakimlərinin adı açıqlanıb. Fanat.az xəbər verir ki, UEFA matçı qazaxıstanlı hakimlər briqadasına həvalə edib.

 

Referi Artyom Kuçinə həmyerliləri Yevgeni Belski, Rüstəm Suyunov və Denis İzmaylov kömək edəcək. Hakim-inspektor isə hollandiyalı Kornelis Bakker olacaq.

 

Qeyd edək ki, “Qəbələ” – “Şiroki Briyeq” görüşü iyulun 3-də, Qəbələdə baş tutacaq. Oyun saat 20.00-da başlayacaq.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər