Qəbələdə hakimlər daşlandı, mühafizəçi yaralandı

Qəbələdə hakimlər daşlandı, mühafizəçi yaralandı
Premyer Liqanın XXV turunun "Qəbələ" - "Neftçi" oyunundan sonra qarışıqlıq yaranıb. Fanat.az xəbər verir ki, azarkeşlər hakimləri daşa basıb.
Belə ki, matç başa çatandan sonra hakimlər mühafizəçilərin əhatəsində arenanı tərk etməyə çalışıb. Bu zaman fanatlar onları daş-qalaq edib. Nəticədə "Qəbələ"nin mühafizə xidmətinin əməkdaşlarından birinin başı yarılıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər