Qəbələdə dava: braziliyalılar dalaşdı

Qəbələdə dava: braziliyalılar dalaşdı
"Qəbələ" - "Xəzər Lənkəran" matçından sonra dava düşüb. Fanat.az xəbər verir ki, qonaqların 2:3 hesablı qələbəsi ilə yekunlaşan oyunda iki komandanın braziliyalı futbolçuları dalaşıb.
Belə ki, matç başa çatandan sonra "Xəzər Lənkəran"dan Junior Nildo və "Qəbələ"dən Leonardo da Silva paltardəyişmə otağına gedərkən aralarında gərginlik yaranıb. Onları digər futbolçular sakitləşdirib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər