Topaz Premyer Liqasının XI turunun oyun cədvəli açıqlanıb. Fanat.az xəbər verir ki, turun oyunları cümə, şənbə və bazar günləri keçiriləcək.
Cümə günü iki matç baş tutacaq. Saat 15.00-da "Qəbələ" - "Sumqayıt", 3 saat sonra "Rəvan" - "Bakı" qarşılaşması başlayacaq.
Şənbə günü bir oyun keçiriləcək. Günün yeganə matçı - AZAL - "İnter" görüşü saat 17.00-da start götürəcək.
Tura bazar günü baş tutacaq iki matçla yekun vurulacaq. "Simurq" - "Neftçi" görüşünə saat 18.00-da start veriləcək. Turun son oyunu olan "Xəzər Lənkəran" - "Qarabağ" matçı isə bundan bir saat sonra başlayacaq.
25 oktyabr
Qəbələ - Sumqayıt
Qəbələ şəhər stadionu. Saat 15.00.
Rəvan - Bakı
"Bayıl Arena". Saat 18.00.
26 oktyabr
AZAL - İnter
"AZAL Arena". Saat 17.00.
27 oktyabr
Simurq - Neftçi
“Şəfa” stadionu. Saat 18.00.
Xəzər Lənkəran - Qarabağ
Lənkəran şəhər stadionu. Saat 19.00.
Fanat.az