“Qəbələ” “Zirə”yə, “Səbail” “Qarabağ”a uduzdu

“Qəbələ” “Zirə”yə, “Səbail” “Qarabağ”a uduzdu

Bu gün Misli Premyer Liqasında XIII tura yekun vurulub. 

Fanat.Az xəbər verir ki, sonuncu günün matçları Bakıda baş tutub.

Əvvəlcə "Zirə" "Qəbələ"ni sınağa çəkib. Rəşad Sadıqovun komandası zirvədəki yerini qorumaq üçün qalib gəlməliydi. Əks halda, turun bağlanış matçında "Səbail"lə üz-üzə gələn "Qarabağ" 3 xal qazanmaqla ilk sıraya qalxacaqdı. Şahin Diniyevin komandası isə qələbə qazanmaqla, şərikli lider ola bilərdi. Amma hər iki oyun meydan sahiblərinin qələbəsiylə yekunlaşdığı üçün liderlər əvvəlki mövqelərini qoruyublar. 

Qeyd edək ki, turun ilk iki gündəki görüşlərində qonaq komandalar minimal hesablı qələbəyə seviniblər: "Araz-Naxçıvan" - "Kəpəz" 0:1, "Neftçi" - "Sumqayıt" 1:2, "Turan Tovuz" - "Sabah" 2:3.

Misli Premyer Liqası XIII tur 12 noyabr 

“Zirə” – “Qəbələ” 1:0  Qol: Qismət Alıyev, 64-penalti. 

"Zirə": 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 32. Qismət Alıyev (k), 11. Rüstəm Əhmədzadə, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 70. İssa Cibrila, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 19. Salifu Suma Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 10. Rəhim Sadıxov, 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 87. İlqar Əhmədov, 5. Stefan Aka, 23. Andriya Lukoviç, 28. Abbas İbrahim, 7. Filipe Paxtman Baş məşqçi: Rəşad Sadıqov

"Qəbələ": 1. Rəşad Əzizli, 2. İlkin Qırtımov, 34. Urfan Abbasov (k), 5. Rauf Hüseynli, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 19. Samuel Tetteh, 72. Osama Xalayla, 17. Yaovi Akakpo, 8. Gilad Abramov Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 13. Kristof Atanqana, 11. Asif Məmmədov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 3. Zurab Oçiqava Baş məşqçi: Elmar Baxşıyev

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rauf Allahverdiyev Hakim-inspektor: Ceyhun Haşımov AFFA nümayəndəsi: Yavər Rəhimov Zirə İdman Kompleksinin stadionu

“Qarabağ”– “Səbail” 3:1 Qollar: Toral Bayramov, 8. Yassin Benzya, 43. Olavio Juninyo, 55 - Pedro Nuno, 76.

Qarabağ: 89. Amin Ramazanov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 66. Patrik Andrade, 7. Yassin Benzya, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade. Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 55. Bədavi Hüseynov, 4. Rahil Məmmədov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 17. Hamidu Keyta, 8. Marko Yankoviç, 11. Adama Diakabi, 2. Mateus Silva, 19. Redon Cica. Baş məşqçi: Qurban Qurbanov. Səbail: 1. Səlahət Ağayev (k), 74. Yusif Nəbiyev, 8. Bahadur Həziyev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 99. David Qomis, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah. Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 15. Vüqar Həsənov, 17. Rafael Məhərrəmli, 19. Samir Abdullayev, 3. Silven Deslandes, 44. Yadin Luqasi. Baş məşqçi: Şahin Diniyev.

Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Vüsal Məmmədov, Kamal Umudlu Hakim-inspektor: Orxan Məmmədov AFFA nümayəndəsi: Azər Əsgərov Tofiq Bəhramov adına Respublika Stadionu

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər