"Qəbələ" yeni transfer reallaşdırdı - RƏSMİ

"Qəbələ" yeni transfer reallaşdırdı - RƏSMİ

"Qəbələ” heyətinə yeni futbolçu qatıb. 

Fanat.Az bölgə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, “qırmızı-qaralar” Mərakeş əsilli belçikalı yarımmüdafiəçi Əyyub Allaşla anlaşıb.

Qış transfer pəncərəsində ilk oyunçu keçidini rəsmiləşdirən "Qəbələ" 25 yaşlı futbolçu ilə 1,5 illik müqavilə imzalanıb.

Əyyub Allaşın son klubu 2021-ci ildə keçdiyi Belçika təmsilçisi “Virton” olub. O, karyerası ərzində “Lyers” (2014-2018), “Svope Park Reyncers” (2019-2020) və “Lyers Kempenzone” (2020-2021) klublarında da forma geyinib.

Allaş Mərakeşin U-20 milli komandasında da çıxış edib. O, 2015-ci ildə yığmanın şərəfini qoruyub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər