“Qəbələ”nin əsas komandasına yeni məşqçi cəlb edilib.
Fanat.Az "qırmızı-qaralar"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, Çağlar Volqa baş məşqçi Elmar Baxşıyevə köməkçi təyin olunub.
46 yaşlı Volqa son klubu “Samsunspor” olub. O, Türkiyə təmsilçisində fiziki hazırlıq üzrə məşqçi kimi fəaliyyət göstərib.
Volqa karyerası ərzində “Marmaris Bələdiyyəsi”, “Göztəpə”, “Altınordu”, “Altay”, “Ərzincanspor”, “Konyaspor” klublarında köməkçi məşqçi kimi çalışıb. Mütəxəssis “Osmanlıspor”da əvvəl videoanalitik, sonradan köməkçi məşqçi, “Ərzurumspor” və “Samsunspor”da fiziki hazırlıq üzrə çalışdırıcı kimi işləyib.