"Qəbələ" Xorvatiyada böyük hesabla uduzdu

"Qəbələ" Xorvatiyada böyük hesabla uduzdu

UEFA Gənclər Liqasına start verilib. 

Fanat.Az xəbər verir ki, Çempionlar yolunda mübarizə aparan “Qəbələ”nin U-19 komandası da I mərhələnin ilk oyununa çıxıb. 

“Qırmızı-qaralar” Xorvatiyada “Hayduk”la qarşılaşıb. Zaur Hacıyevin baş məşqçisi olduğu Azərbaycan çempionu səfər matçında böyük hesabla uduzub - 0:3.

Qeyd edək ki, cavab görüşü oktyabrın 4-də Qəbələdə olacaq.

UEFA Gənclər Liqası

Çempionlar yolu

I mərhələ, ilk oyun

12 sentyabr

19:00. “Hayduk” (Xorvatiya) – “Qəbələ” (Azərbaycan) 3:0

Qol: Vrcic, 24-pen., Kaluşiç, 51, Nazor, 83 Hakimlər: David Smayç, David Qabroveç, Tomaş Çerne (hamısı Sloveniya), Ante Terziç (Xorvatiya) Split. “Polyud” stadionu

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər