Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Qəbələ” - “Xəzər Lənkəran” matçında xoşagəlməz hal yaşanıb. Fanat.az xəbər verir ki, meydança sahiblərinin azarkeşləri fakellərdən istifadə ediblər.
Həmin fakellərdən biri meydançaya atılıb. Nəticədə qazona ziyan dəyib, eyni zamanda, oyun dayandırılıb. Analoji problem aradan qalxdıqdan sonra matç davam etdirilib.
futbol11.az