“Qəbələ” və "Sabah"dan yoxlama oyununda heç-heçə

“Qəbələ” və "Sabah"dan yoxlama oyununda heç-heçə

Yeni mövsümə hazırlaşan "Qəbələ" və "Sabah" komdanları yoxlama oyunu keçiriblər.

Fanat.Az xəbər verir ki, sözügedən komandalar bu gün Qəbələ şəhər stadionunda üz-üzə gəliblər.

Qarşılaşama 2:2 hesablı heç-heçə ilə başa çatıb. Bakı klubunda Davit Volkov və Sofian Şakla fərqləniblər. Əyalət təmsilçisinin qollarını isə Aymed Ayzaya ilə Murad Musayev vurublar.

Xatırladaq ki, hər iki komanda yeni mövsümdə Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər