Əvəzedicilər Liqasında 12-ci tura start verilib.
Fanat.Az xəbər verir ki, ilk gündə 2 görüş baş tutub.
“Səbail-2” - “Turan Tovuz-2” matçında meydan sahibləri qalib gəliblər. “Qəbələ-2” - “Neftçi-2” matçında isə heç-heçə qeydə alınıb.
Əvəzedicilər Liqası 12-ci tur 4 noyabr
“Səbail-2” – “Turan Tovuz-2” 2:1 Qollar: Zaman Zamanlı, 13. İftixar İbrahimov, 61 - İsmayıl İsmayılov, 41. “Bayıl Arena”, 15:00.
“Qəbələ-2” – “Neftçi-2” 1:1 Qollar: Bilal İsmayılov, 32 - Ağadadaş Salyanski, 6. Qəbələ şəhər stadionu (ehtiyat meydança), 15:00.