“Qəbələ” Sxadadzenin debütündə “Qarabağ”a böyük hesabla uduzdu

“Qəbələ” Sxadadzenin debütündə “Qarabağ”a böyük hesabla uduzdu

Misli Premyer Liqasında bu gün bir oyun keçirilib. 

Fanat.Az xəbər verir ki, XXIII turdan təxirə salınmış görüşdə "Qəbələ" ilə "Qarabağ" qarşılaşıblar. 

"Qarabağ"ın "Braqa" ilə Avropa Liqasının pley-off oyununa daha yaxşı hazırlaşması səbəbindən təxirə salınan matç Kaxaber Sxadadzenin dönüşü ilə əlamətdar olub. Elmar Baxşıyevin istefasından sonra "qırmızı-qaralar"ın sükanı arxasına keçən gürcü mütəxəssis debütünü çempiona qarşı edib.

Qəbələdə baş tutan görüşü dörd gün əvvəl Tovuzda iş başında olan Tural Qurbanov idarə edib. "Qarabağ" səfər oyununda 4 cavabsız qolla qalib gəlib.

Misli Premyer Liqası XXIII turun oyunu 28 fevral “Qəbələ” – “Qarabağ” 0:4 Qollar: Adama Diakabi, 47. Riçard Almeyda, 59-pen. Nəriman Axundzadə, 65. Marko Yankoviç, 80. Qırmızı vərəqə: Fares Abu Akel, 52. Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Rauf Allahverdiyev VAR: Rəşad Əhmədov, Kamran Bayramov Hakim-inspektor: Babək Quliyev AFFA nümayəndəsi: Mübariz Hüseynov

Qəbələ: 13. Kristof Atanqana, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 34. Ürfan Abbasov, 28. Murad Musayev, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 3. Zurab Oçiqava, 6. Fares Abu Akel, 9. Əyyub Allaş, 72. Osama Xalayla. Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 5. Rauf Hüseynli, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 71. Sənan Ağalarov, 99. Ahmed Ayzaya, 17. Yaovi Akakpo, 8. Gilad Abramov. Baş məşqçi: Kaxaber Sxadadze. Qarabağ: 99. Andrey Lunyov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 11. Adama Diakabi, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao. Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 66. Patrik Andrade, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 19. Redon Cica, 15. Leandro Andrade. Baş məşqçi: Qurban Qurbanov.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər