"Qəbələ stadionunun tablosu niyə işləmir?" - Klub aydınlıq gətirdi 

"Qəbələ stadionunun tablosu niyə işləmir?" - Klub aydınlıq gətirdi 

Misli Premyer Liqasının 7-ci turunda "Qarabağ"ı qəbul edən "Qəbələ"nin ev oyunlarını keçirdiyi arenada tablo işləməyib. 

Fanat.Az bunun səbəbini klubdan öyrənib.

Bölgə təmsilçisinin mətbuat katibi Asəf Zeynallı bu barədə saytımıza açıqlama verib: "Oyundan bir gün qabaq stadionun monitoru test edilmişdi. Hər şey qaydasında idi. Ancaq matç günü monitora siqnal getmədi. Oyun saatına kimi texniki problemi aradan qaldırmağa çalışdıq, alınmadı. Hazırda əməkdaşlarımız problemin həlli ilə məşğuldular.  Qısa zamanda həll olunacaq". 

Qeyd edək ki, "Qəbələ" son turda "Qarabağ"a 1:2 hesabı ilə uduzub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər