“Qəbələ” sonuncu oldu

“Qəbələ” sonuncu oldu

 

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Young Talents Cup 2013”də C qrupunun oyunlarına bu gün yekun vurulub. Fanat.az xəbər verir ki, beynəlxalq turnirdə iştirak edən “Qəbələ”nin U-12-si qrupu qələbəsiz tamamlayıb.

 

Dünən “Yanq Talants Tim” (0:5) və “Rubin”lə (1:1) qarşılaşmış “qırmızı-qaralar” bu gün keçirdikləri matçlarda da yenilib. Təmsilçimiz öncə Kirov “Dinamo”suna 0:1, daha sonra isə “Baltika”ya 0:6 hesabı ilə uduzub.

 

 Nəticədə şimallılar qrupu sonuncu yerdə tamamlayıb. Təmsilçimiz turnirin 9-24-cü yerlər uğrunda oyunlarında gücünü sınayacaq.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər