"Sabah"dan "Keşlə"nin "işgüzar nüfuzu"na bir top

"Sabah"dan "Keşlə"nin "işgüzar nüfuzu"na bir top
Bu gün Topaz Premyer Liqasında birinci turun daha iki oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, "Qəbələ" doğma meydanda "Səbail"i qəbul edib. "Qırmızı-qaralar" darmadağına sevinib - 3:0.
Turun digər görüşündə debütant "Sabah" "Keşlə"nin qonağı olub. Qonaqlar debüt matçında minimal hesablı qələbə qazanıb - 1:0.
Qeyd edək ki, avqustun 10-u nəzərdə tutulan "Qarabağ" - "Zirə" matçı Ağdam təmsilçisinin Çempionlar Liqasında çıxışına görə 26 sentyabr tarixinə təxirə salınıb. Turun ilk oyununda isə "Neftçi" "Sumqayıt"a qalib gəlib - 2:0. 
Premyer Liqa
2017/18 mövsümü
I dövrə, I tur
12 avqust
Qəbələ - Səbail 3:0
Qol: Asif Məmmədov, 21. Ürfan Abbasov, 63. Ceyms Aseniyi, 81.
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 4. Elvin Camalov, 11. Asif Məmmədov, 17. Ceyms Adeniyi, 18. İlqar Qurbanov, 21. Lalavele Atakora, 27. Bəhlul Mustafazadə, 33. Təmkin Xəlilzadə, 34. Urfan Abbasov (k), 88. Sabien Lilay.
Ehtiyat oyunçular: 35. Murad Popov, 5. Rasim Ramaldanov, 7. Roman Hüseynov, 8. Qismət Alıyev, 10. Rauf Əliyev, 26. Faiq Hacıyev, 32. Amin Seydiyev, 99. Abbas Ağazadə, 25. Əmrah Zülfüqarlı.
Baş məşqçi: Sənan Qurbanov.
Səbail: 1. Emil Balayev, 4. Perilyo Enrike, 7. Fəhmin Muradbəyli, 11. Ruslan Qurbanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev, 16. İqor Korotetski, 22. Edqar Paçeko, 28. Kevin Koubemba, 33. Toni Kitanovski, 99. Jarhue Maudo.
Ehtiyat oyunçular: 50. Fərhad Vəliyev, 25. Elxan Əhmədov, 27. Emil Martinov, 26. Kamal Qurbanov, 21. Murtuz Abakarov, 17. Elçin Rəhimli, 18. Aqşin Qurbanlı, 5. Vüqar Bəybalayev, 88. Orxan Qurbanlı, 70. Urfan İsmayılov.
Baş məşqçi: Aftandil Hacıyev.
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Qəbələ. Şəhər stadionu.
 
Keşlə - Sabah 0:1
Qol: Marko Deviç, 45+2-pen.
Keşlə: 1. Kamran Ağayev (k), 2. Sertan Taşkın, 3. Denis Silva, 4. Slavik Alxasov, 7. Vaqif Cavadov, 8. Miloş Bosançiç, 9. Amil Yunanov, 14. Andre Klennon, 19. Azər Salahlı, 90. Ebrima Sohna, 27. Adrian Skarlatake.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 11. Bahodir Nasimov, 21. Herve Tçami, 33. Tərlan Quliyev, 65. Cabir Əmirli, 66. Murad Qayalı, 88. Məmməd Quliyev, 97. Elnur Cəfərov.
Baş məşqçi: Mladen Milinkoviç.
Sabah: 30. Saşa Stamenkoviç, 5. Kərim Diniyev (k), 33. Eltun Turabov, 25. Vanderson Silva, 19. Məqsəd İsayev, 15. Erik Ramos, 6. Vadim Abdullayev, 8. Elşən Abdullayev, 7. Vitali Kvaşuk, 27. Bəxtiyar Soltanov, 9. Marko Deviç.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 3. Elvin Bədəlov, 2. Ülvi İbazadə, 4. Tərzin Cahangirov, 14. Tural Qürbətov, 11. Elgün Nəbiyev, 39. Əlibəy Məmmədli, 88. Elçin Əsədov, 21. Novruz Məmmədov, 13. Filip İvanoviç.
Baş məşqçi: Elşad Əhmədov.
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, İsgəndər Əliyev, Ramil Diniyev.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Fazil Mürşüdov.
Bakı. "ASK Arena".
 
Fanat.Az
 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər