“Qəbələ” “Sabah”la yoxlama oyunu keçirəcək

“Qəbələ” “Sabah”la yoxlama oyunu keçirəcək

2023/2024 mövsümünün hazırlığını davam etdirən “Qəbələ”nin ilk yoxlama oyunundakı rəqibi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, Qəbələdə hazırlıq keçən “qırmızı-qaralar” “Sabah”la üz-üzə gələcək.

Görüşün vaxtı və yeri də dəqiqləşib. Avropa Konfrans Liqasına hazırlaşan komandalar iyulun 3-də qarşılaşacaq. Qəbələ şəhər stadionundakı matç saat 18:00-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər