"Qəbələ" sabahı gözləmədi

"Qəbələ" sabahı gözləmədi

Bu gün Türkiyəyə uçan "Qəbələ" vaxt itirmədən hazırlığa başlayıb.

 

Fanat.Az-ın məlumatına görə, "qırmızı-qaralar" bu gün Antalyada ilk məşqə çıxıb.

  

Hazırlıq günün ikinci yarısında fitnes salonda baş tutub. Futbolçular məşq prosesi zamanı müxtəlif fiziki çalışmalar yerinə yetiriblər.

 

Yanvarın 27-dək Antalyada toplanış keçəcək "Qəbələ" orda olduğu müddətdə "Meppen” (Almaniya - 16 yanvar), "Yenisey" (Rusiya - 20 yanvar), "Fakel” (Rusiya - 24 yanvar) və "MTK Budapeşt"lə (Macarıstan - 26 yanvar) yoxlama görüşündə gücünü sınayacaq.

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər