Vladimir Levinin yeni iş yerinə aydınlıq gəlib. “Qəbələ”nin baş meneceri Zaur Əzizovun apasport.az saytına verdiyi açıqlamasına görə, futbolçu növbəti mövsümdən bölgə klubunda çıxış edəcək. Milliləşdirilmiş ukraynalı futbolçu ilə sabah 2 illik müqavilə bağlanacaq.“Qəbələ”nin yeni mərkəz müdafiəçisi ilə anlaşması isə özlüyündə onu göstərir ki, 2 legionerdən – sloveniyalı Deyan Kelhar və qvineyalı Umar Kalabandan biri komandadan ayrılacaq. Kelhar səhvlərinə görə Ramiz Məmmədovun dönəmində əsas komandadan uzaqlaşdırılsa da, sonradan geri qaytarılıb. Kalaban isə qışda komandadan gedə bilərdi. Ancaq sonradan yaxşı müdafiəçi tapa bilməyən Məmmədov afrikalı futbolçunu saxlamalı oldu.Qeyd edək ki, bugündən Səbuhi Səfiyarlı “Qəbələ”də komandanın rəisi funksiyasını rəsmi şəkildə icra etməyə başlayıb. Ehtimal etmək olar ki, Levinin “Qəbələ”yə qoşulmasında məhz “İnter”in sabiq menecerinin rolu az olmayıb.
“Qəbələ” sabah Levinlə 2 illik müqavilə bağlayacaq
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
DİGƏR
22:53
04.10.2026
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
DİGƏR
15:47
03.10.2026
Azərbaycan gimnastlarından 5 "qızıl", 1 "gümüş"
DİGƏR
19:48
02.10.2026
"Marafon" "World Winners Cup Alanya 2026" turnirində iştirak edəcək
DİGƏR
20:19
30.09.2026
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidə 5 medal qazandılar