"Qəbələ" Rumıniya klubuna qalib gəldi

"Qəbələ" Rumıniya klubuna qalib gəldi

2022/2023 mövsümünün və UEFA Konfrans Liqasının hazırlığını davam etdirən “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirib.

Fanat.Az xəbər verir ki, “qırmızı-qaralar” Türkiyənin Bolu şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində Rumıniyanın “Çiksereda” komandası ilə görüşüb.

Bakı vaxtı ilə saat 17:00-da start götürən matç "Qəbələ"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Elmar Baxşıyevin baş məşqçi olduğu komandadan qolları 3-cü dəqiqədə Rövlan Muradov və 52-ci dəqiqədə Asif Məmmədov vurub. 

Qeyd edək ki, 118 il əvvəl əsası qoyulan klub 2-ci liqada mübarizə aparır. Komanda ötən mövsümü 7-ci pillədə başa vurub. Aşağı liqalarda oynamasına baxmayaraq, zəngin tarixi olan klub 1904-1919-cu illərdə Avstriya - Macarıstan, 1919-1940-cı illərdə Rumıniya, 1940-1944-cü illərdə isə Macarıstanı təmsil edib. İkinci dünya müharibəsindən sonra Rumıniyanın aşağı liqalarında var-gəl edən “Çiksereda” ən böyük uğurlarını 2018/19 mövsümündə əldə edib. 2-ci liqada çempion olan komanda ikinci dəstəyə yüksəlib. Həmin mövsüm komanda Rumıniya kubokunda 1/4 finala qədər irəliləməyi bacarıb. 

Xatırladaq ki, "Qəbələ" Boludakı ilk matçda “Qaziantep”lə qarşılaşaraq 1:2 hesabı ilə uduzub.

Yoxlama oyunu

12 iyul

“Qəbələ” – “Çiksereda” (Rumıniya) 2:1

Qollar: Rövlan Muradov, 3, Asif Məmmədov, 52.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər