“Qəbələ” “Qarabağ” üçün hazırlaşır

“Qəbələ” “Qarabağ” üçün hazırlaşır

“Qəbələ” Topaz Premyer Liqasının IV turu çərçivəsində baş tutacaq “Qarabağ”la oyununun hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, Yuri Syominin başçılığı ilə keçirilən hazırlıq prosesində kollektiv tam heyətlə iştirak edir. Hazırda bərpa prosesi keçən Nuran Qurbanov komandadan ayrı çalışır.

Qeyd edək ki, “Qəbələ” – “Qarabağ” matçı avqustun 25-i saat 18.00-da start götürəcək. Qarşılaşma “İdman Azərbaycan” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər