“Qəbələ” – “Qarabağ” oyunu Ağayevə əmanət

“Qəbələ” – “Qarabağ” oyunu Ağayevə əmanət

Premyer Liqanın IV turuna hakim təyinatları açıqlanıb. Fanat.az xəbər verir ki, turun iki oyununa 6 hakim təyinat alıb. Belə ki, “Xəzər Lənkəran” – “Neftçi” və “Qəbələ” – “Qarabağ” matçlarını daha çox hakim idarə edəcək.

Turun açılış matçında – AZAL – “Sumqayıt” görüşündə Vüsal Əliyev fit çalacaq. bir gün sonra avqustun 24-də keçiriləcək “Simurq” – “Bakı” oyununu Ramil Diniyev idarə edəcək.

“Xəzər Lənkəran” – “Neftçi” matçında ədaləti Fariz Yusifov, “Qəbələ” – “Qarabağ” görüşündə Əliyar Ağayev qoruyacaq. “Rəvan” – “İnter” matçında isə Elvin Əsgərov fit çalacaq.

23 avqustAZAL – SumqayıtHakimlər: Vüsal Əliyev, İsgəndər Əliyev, Zeynal Zeynalov, Ömər Paşayev.AFFA nümayəndəsi: Adil Nadirov.Hakim-inspektor: Səfər Haşımov.“AZAL Arena”. Saat 19.00.

24 avqustSimurq – BakıHakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Yaşar Abbasov, Ziya Nəsirov.AFFA nümayəndəsi: Oqtay Abdullayev.Hakim-inspektor: Şahin Cəfərov.“Şəfa” stadionu. Saat 19.00.

25 avqustQəbələ – QarabağHakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Vaqif Musayev, Sərxan İsmayılov.Əlavə köməkçi hakimlər: Feyzulla Feyzullayev, Rauf Cabbarov.AFFA nümayəndəsi: Qürbət Həsənov.Hakim-inspektor: Xaqani Məmmədov.Qəbələ şəhər stadionu. Saat 18.00.

Xəzər Lənkəran – NeftçiHakimlər: Fariz Yusifov, Azər Əsgərov, Elman Musayev, Ramiz Məhərrəmov.Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Ramil Əhmədov.AFFA nümayəndəsi: Abbas Hüseynov.Hakim-inspektor: Gülağa Cabarov.Lənkəran şəhər stadionu. Saat 20.00.

Rəvan – İnterHakimlər: Elvin Əsgərov, Namiq Hüseynov, Rza Məmmədov, Namiq Bəkirov.AFFA nümayəndəsi: Vaqif Davudov.Hakim-inspektor: Akif Məmmədov.“Bayıl Arena”. Saat 20.00.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər