"Qəbələ" onun istədiyi maaşı verməsə... - SON DURUM

"Qəbələ" onun istədiyi maaşı verməsə... - SON DURUM

"Qəbələ"nin yarımmüdafiəçisi İsnik Alimi iş yerini dəyişməyə yaxındır.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Şimali Makedoniya əsilli albaniyalı yarımmüdafiəçi bir neçə təklif alıb.

Düzdür, futbolçu özü ölkə mətbuatına açıqlamasında hələ yeni anlaşma ilə bağlı "qırmızı-qaralar"la danışıq aparmadığını deyib. Ancaq mövcud durum belədir ki, Alimi bu mövsüm çıxış etdiyi maddi şərtlər fonunda təklif edilən müqaviləni imzalamayıb. O, ən azı illik 150 min manat məvacib almaq istəyindədir. Hazırda formasını geyindiyi bölgə təmsilçisi bu məbləği ödəməyə razılaşmasa, İsnik diqqətini digər çağırışlara yönəldəcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər