“Qəbələ” onlarla vidalaşdı

“Qəbələ” onlarla vidalaşdı

"Qəbələ” müqaviləsi sona çatan 2 futbolçu - müdafiəçi Ruan Renato və yarımmüdafiəçi İsnik Alimi ilə vidalaşıb.

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Qəbələ” İdman Klubu Alimi və Renatoya “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki paylarına görə təşəkkür edib, gələcək karyeralarında yeni-yeni uğurlar arzulayıb.

Xatırladaq ki, bu futbolçular 2021/22 mövsümündən “qırmızı-qara” formanı geyinirdilər. İsnik 73 oyunda 22, Ruan 72 görüşdə 4 dəfə fərqlənib. 

Alimi Rumıniyanın “Sepsi” klubuna keçib. Renato isə “Zirə” ilə müqavilə bağlayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər