"Qəbələ" - Olimpiakos" oyununun hakimləri bəlli oldu

"Qəbələ" - Olimpiakos" oyununun hakimləri bəlli oldu

“Qəbələ”nin U-19 komandasının UEFA Gənclər Liqasının ikinci mərhələsinin ilk oyunu çərçivəsində Yunanıstan “Olimpiakos”una qarşı keçirəcəyi qarşılaşmanın hakimləri açıqlanıb.

Fanat.Az xəbər verir ki, noyabrın 8-də, saat 16:00-da Qəbələ şəhər stadionunda təşkil ediləcək oyunda ədaləti Gürcüstandan olan hakimlər briqadası qoruyacaq.

Baş hakim Qoqa Kikaçeşviliyə yan xətt hakimləri qismində David Axvlediani və Davit Qabisonia yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını isə azərbaycanlı Tural Qurbanov yerinə yetirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər