"Qəbələ" Macarıstan klubuna böyük fərqlə yenildi

"Qəbələ" Macarıstan klubuna böyük fərqlə yenildi

Türkiyədə təlim-məşq toplanışında olan "Qəbələ” bu gün ilk oyununu keçirib.

 

Fanat.Az-ın məlumatına görə, "qırmızı-qaralar” Macarıstan təmsilçisi MTK ilə qarşılaşıb. Budapeşt klubu ilə saat 17:00-da başlayan görüş "Karvansaray” otelinin meydançalarında baş tutub. Azərbaycan təmsiçisi bu oyunda böyük hesabla uduzub.

Qeyd edək ki, "Qəbələ” Antalya toplanışı çərçivəsində daha üç yoxlama oyununda qüvvəsini sınayacaq.

 

Yoxlama görüşü 14 yanvar

"Qəbələ” – MTK (Macarıstan) 0:3

"Karvansaray” otelinin meydancası.

Qəbələ: Tərlan Əhmədli, Asif Məmmədov (kapitan), Sadiq Quliyev, Ehtiram Şahverdiyev, Amin Seydiyev, İviça Zuniç, Merab Qiqauri, Qismət Alıyev, Roman Hüseynov, Rövlan Muradov, Yaovi Akakpo.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər