"Qəbələ" Ülvi ilə Rövlanı yola gətirə biləcəkmi? - SON DURUM

"Qəbələ" Ülvi ilə Rövlanı yola gətirə biləcəkmi? - SON DURUM

Azərbaycan Kubokunun finalında "Neftçi"ni 1:0 hesabı ilə yenərək mövsümü titulla başa vuran "Qəbələ" heyətini qorumaq yönündə çalışmalarını davam etdirir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisi Ülvi İsgəndərovun və Rövlan Muradovun da komandada qalması yönündə danışıqlar aparır.

Müqavilələrinin müddəti başa çatan hər iki oyunçunun maddi baxımdan daha sərfəli təkliflər almaları vəziyyəti çətinləşdirsə də, indilik onların "qırmızı-qaralar"la vidalaşacağını iddia etməyə dəyməz. 

Qeyd edək ki, "Qəbələ" İlkin Qırtımov, Ürfan Abbasov, Murad Musayev və Emil Səfərovla müqavilə yenilədiyini, braziliyalı hücumçu Ramon Maçado ilə müdafiəçi Məqsəd İsyevin klubu tərk etdiyini rəsmən açıqlayıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər