III Qəbələ Kubokunun açılış mərasimi təxirə düşməyib. Fanat.az xəbər verir ki, güclü yağış səbəbindən mərasim gec başlayıb.
Bu gün startı verilən beynəlxalq turnirin açılışı saat 18.00-a təyin olumuşdu. Lakin yağışa görə 30 dəqiqə gec başlayıb. Mərasimə "Qəbələ"nin prezidenti Tale Heydərov qatılmayıb. Tədbiri açıq elan edən vitse-prezident Fariz Nəcəfov turnirlə bağlı məlumat verib və iştirakçılara uğurlar arzulayıb.
Qeyd edək ki, bu gün səhər saatlarında 4 oyun baş tutub. Saat 19.00 və 20.30-da daha 4 qarşılaşma baş tutub.
Fanat.az