"Qəbələ" kubok matçına itki ilə çıxır

"Qəbələ" kubok matçına itki ilə çıxır

Futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsində “Səbail”lə qarşılaşacaq “Qəbələ” ilk oyuna ciddi itki ilə çıxacaq.

Fanat.Az xəbər verir ki, yarımmüdafiəçi İsnik Alimi cəzalı durumda olduğundan bugünkü görüşü buraxacaq. 

Şimali makedoniyalı futbolçu "Qəbələ"nin kubokdakı üç oyunundan ikisində sarı vərəqə alıb. "Qarabağ"la 1/4-dəki hər iki matçda xəbərdarlıqla üzləşən Alimi cəzalı duruma düşüb.

Qeyd edək ki, "Qəbələ" - "Səbail” matçı bu gün saat 18:00-da baş tutacaq.

Mirağa    

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər