"Qəbələ" - "Hayduk" matçının hakimləri açıqlandı

"Qəbələ" - "Hayduk" matçının hakimləri açıqlandı

Xorvatiyada "Hayduk" və "Qəbələ" komandaları arasında keçiriləcək UEFA Gənclər Liqasının I mərhələsinin ilk oyunu üçün təyinatlar açıqlanıb.

Fanat.Az xəbər verir ki, matçı Sloveniyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim David Smaytsa David Qabrovets və Tomaj Tserne laynsmanlar qismində yardımçı olacaq. Dördüncü hakim funksiyasını xorvatiyalı Ante Terziç yerinə yetirəcək.

Qeyd edək ki, senyabrın 12-də keçiriləcək matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Cavab görüşü oktyabrın 4-də Qəbələdə olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər