“Qəbələ” – “Hayduk” matçının biletləri satışa çıxarıldı

“Qəbələ” – “Hayduk” matçının biletləri satışa çıxarıldı

UEFA Gənclər Liqasının 1-ci mərhələsi çərçivəsində “Qəbələ” ilə Xorvatiyanın “Hayduk” klubunun U-19 komandaları arasında keçiriləcək cavab matçının biletləri satışa çıxarılıb.

Fanat.Az xəbər verir ki, biletlərin qiymətləri 2 və 5 AZN-dir.

Biletləri Qəbələ şəhər stadionu və “Qəbələ” oteldə yerləşən fan-şopdan əldə edə bilərsiniz.

UEFA Gənclər Liqası Çempionlar yolu, 1-ci mərhələnin cavab oyunu 4 oktyabr

17:00. Qəbələ – Hayduk Hakimlər: Arda Kardeşler, Mehmet Emin Tuğral, Süleyman Ozay (hamısı Türkiyə). Qəbələ şəhər stadionu. İlk oyun – 0:3.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər