Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində “Young Talents” turniri start götürüb. Fanat.az xəbər verir ki, turnirin iştirakçılarından olan “Qəbələ”nin 12 yaşadək futbolçulardan ibarət komandası C qrupunda ilk oyununa çıxıb. Rəqib təşkilatçıların “Young Talents Team” komandası olub. Təmsilçimiz darmadağınla üzləşib – 0:5. “Qəbələ” hazırda ikinci matçını keçirir. Rəqib isə birinci oyunda Kirov “Dinamo”su ilə 1:1 hesablı "sülh"ə razılaşan “Rubin”di.
Fanat.az