"Qəbələ" daha iki futbolçusu ilə müqaviləni yenilədi

"Qəbələ" daha iki futbolçusu ilə müqaviləni yenilədi

"Qəbələ" daha iki futbolçusu ilə müqaviləni yeniləyib.

Fanat.Az xəbər verir ki, Ülvi İsgəndərov və Kristof Atanqana növbəti iki mövsümdə də “qırmızı-qara” formanı geyinəcək.

Onlarla müqavilələrin müddəti 2025-ci ilin yayına qədər artırılıb.

İsgəndərov əyalət təmsilçisinin heyətində 114 oyun keçirib. Onun hesabında 19 qol var. Atanqana isə “qırmızı-qara” forma ilə 15 matça çıxıb.

Xatırladaq ki, "Qəbələ" bunadək dörd futbolçusu - İlkin Qırtımov, Ürfan Abbasov, Murad Musayev və Emil Səfərovla müqavilənin müddətini uzadıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər