"Qəbələ” Rafael Utziqlə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, bölgə klubu bu ayrılığı mətbuat xidməti vasitəsilə rəsmən elan edib.
Cənubi amerikalı legionerin müqaviləsinin müddəti başa çatıb.
2020-ci ilin yayından “Qəbələ”nin şərəfini qoruyan Utziq üç mövsüm ərzində 94 matç keçirib. O, bu oyunlarda 18 qol vurub.