"Qəbələ" braziliyalı hücumçusu ilə vidalaşdı - RƏSMİ

"Qəbələ" braziliyalı hücumçusu ilə vidalaşdı - RƏSMİ

“Qəbələ” futbolçusu Ramon Maçado ilə yollarını ayırıb. 

Fanat.Az xəbər verir ki, 2022-ci ilin yayından “qırmızı-qara” forma geyinən 31 yaşlı hücumçunun müqavilə müddəti başa çatıb. 

Braziliyalı legioner ötən mövsümdə “Qəbələ”nin heyətində keçirdiyi 37 oyunda 10 qol vurub. Maçado Premyer Liqadakı 32 matçda 8, Azərbaycan kubokunun 5 qarşılaşmasında 2 dəfə rəqib qapılarına yol tapıb. Cənubi amerikalı futbolçu “qırmızı-qara” forma ilə Azərbaycan kubokunun qalibi adını qazanıb.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər