"Qəbələ" Boluda ilk sınağına çıxır

"Qəbələ" Boluda ilk sınağına çıxır

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” bu gün Boluda ilk yoxlama oyununu keçirəcək. 

Fanat.Az xəbər verir ki, bölgə təmsilçisi qardaş ölkədəki hazırlığın ikinci günündə Moldova təmsilçisi “Sukleya” ilə görüşəcək. 

Qarşılaşma “qırmızı-qaralar”ın məskunlaşdığı “Termal otel”in məşq bazasında baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Xatırladaq ki, “Qəbələ” Boluda üç yoxlama matçı keçirəcək.

Yoxlama oyunu 12 iyul 17:00. “Qəbələ” - "Sukleya" (Moldova) Bolu. “Termal otel”in məşq bazası

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər