Qəbələ apellyasiya şikayəti verdi

Qəbələ apellyasiya şikayəti verdi

"Qəbələ" AFFA İntizam Komitəsinin qərarından narazı qalıb. Fanat.az xəbər verir ki, bölgə klubu Elnur Allahverdiyevlə bağlı Apellyasiya və Ekspert Komitəsinə müraciət edib.

İntizam Komitəsi "Xəzər Lənkəran"la oyunda baş hakim Rəhim Həsənovu təhqir edən "Qəbələ"nin futbolçusunu 5 oyun cəzalandırıb, klubu 10 min manat cərimə edib. Özü də cəza Premyer Liqaya şamil edilib. Yəni Elnur ən yaxşı halda cari mövsümün son turunda meydana çıxa biləcək.

"Qəbələ" isə qərarın çempionata şamil edilməsinin əleyhinədi. Bu səbəbdən klub apellyasiya şikayəti verib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər