"Qəbələ" Antalyada 3-cü oyununa çıxır

"Qəbələ" Antalyada 3-cü oyununa çıxır

2022/2023 mövsümünün ikinci yarısının hazırlığını Türkiyənin Antalya şəhərində davam etdirən “Qəbələ” bu gün sınaq matçına çıxacaq. 

Fanat.Az xəbər verir ki, “qırmızı-qaralar” təlim-məşq toplanışı çərçivəsində Çexiyanın "Teplitse" kollektivi ilə qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Qeyd edək ki, Elmar Baxşıyevin komandası əvvəlki sınaq görüşlərində Rumıniyanın "Sepsi" kollektivi ilə heç-heçə (2:2) edib, Almaniya "Lukenvalde"sini 3:2 məğlub edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər