“Qəbələ” 400 min avroluq braziliyalı alır

“Qəbələ” 400 min avroluq braziliyalı alır
Donetsk “Metallurq”unun braziliyalı yarımmüdafiəçisi Leonardo “Qəbələ”yə keçməyə yaxındı. Fanat.az xəbər verir ki, bu barədə Rusiyanın championat.com saytı məlumat yayıb.
Həmkarlarımızın iddiasına görə, 21 yaşlı futbolçu yaxın günlərdə Yuri Syominin rəhbərlik etdiyi komandanın düşərgəsinə qatılacaq.
Qeyd edək ki, tam adı Leonardo da Silva Souza olan futbolçu 2012/13 mövsümünün ilk yarısında Yunanıstanın “Enosis” (11 oyun, 5 qol) çıxış edib. Yanvarda “Metallurq”a transfer olunan braziliyalı 9 oyunda 1 qola imza atıb. Məşhur transfermarkt.de saytı 21 yaşlı yarımmüdafiəçiyə 400 min avro qiymət qoyub.
Onu da qeyd edək ki, “Qəbələ” mövsümlərarası fasilədə “Metallurq”dan artıq bir futbolçunu transfer edib. Bu, hollandiyalı yarımmüdafiəçi Lorenso Ebesiliodu.
İdman24.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər