Qazaxıstan kubokunun qalibi “Sabah”a rəqib oldu

Qazaxıstan kubokunun qalibi “Sabah”a rəqib oldu
"Sabah”ın Antalyada keçirəcəyi qış təlim-məşq toplanışında qarşılaşacağı üçüncü rəqib də müəyyənləşib.
Fanat.az xəbər verir ki, Jelko Sopiçin rəhbərlik etdiyi kollektiv növbəti yoxlama oyununda "Kaysar”la üz-üzə gələcək.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qazaxıstan təmsilçisi ilə görüş yanvarın 19-da keçiriləcək.
"Kaysar” son mövsümdə Qazaxıstan Premyer Liqasında 6-cı yeri tutub və ölkə kubokunun qalibi olub.
"Sabah” yanvarın 11-də Macarıstanın "Pakş”, 15-də isə Rumıniyanın "Akademika Klinçeni” klubuyla qarşılaşacaq.
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər